MLS rəhbəri təsdiqlədi - İbra İtaliyaya gedir
"Los-Anceles
Qelaksi”nin futbolçusu Zlatan İbrahimoviç kareyerasını A seriyasında davam
etdirə bilər.
Kaspi.az xəbər
verir ki, İbranın qışda "Milan”la müqavilə bağlama ehtimalı çox yüksəkdir. Bu
barədə MLS rəhbəri Don Qarber məlumat verib:
"Zlatan MLS-də
oynadığı 2 il ərzində demək olar ki, bütün rekordları qırdı. Əlbəttə, biz istəyirik
ki, o, ABŞ-da qalsın. Ancaq bu məsələdə hər şey "Los-Anceles Qelaksi”dən asılı
deyil.
Təkrar edirəm, şəxsən
mən istəyirəm ki, İbra qalsın. Onun işə yanaşması çox xoşuma gəlir. Ancaq
hazırda onu "Milan” cəlb edir”.
İbrahimoviçin
müqaviləsi 209-cu ilin sonunda bitir.