• cümə, 29 Mart, 00:06
  • Baku Bakı 7°C

Mixail Zabelin: "Qərarı ləğv etdirmək üçün bir ay vaxtımız var"

16.05.17 13:40 956
Mixail Zabelin: "Qərarı ləğv etdirmək üçün bir ay vaxtımız var"
Azərbaycan Rus İcmasının rəhbəri Mixail Zabelin Ümumrusiya Azərbaycan Konqresinin ləğvindən narahatlığını bildirib.
APA-nın xəbərinə görə, M. Zabelin qeyd edib ki, Azərbaycan dövlətinin ölkədə yaşayan ruslara münasibətini yüksək qiymətləndirir: "Bizi Konqresin ləğvi qərarı narahat edir. Bir ay vaxtımız var ki, verilmiş qərarı ləğv etdirək. Mən deputatlara minnətdarlığımı bildirirəm ki, onlar obyektiv olaraq məsələyə münasibətlərini ifadə etdilər. Azərbaycan-Rusiya hökumətlərarası komissiyası bu məsələ ilə bağlı qəti mövqeyini ortaya qoymalıdır”.
banner

Oxşar Xəbərlər