• cümə, 29 Mart, 16:48
  • Baku Bakı 14°C

Mixail Şvıdkoy: Əminəm ki, İlham Əliyevin rəhbərliyi ilə ölkə hələ çox uğurlar qazanacaq

24.12.16 23:01 829
Mixail Şvıdkoy: Əminəm ki, İlham Əliyevin rəhbərliyi ilə ölkə hələ çox uğurlar qazanacaq
Azərbaycan Prezidenti İlham Əliyevi ad günü münasibətilə təbrik edirəm. 55 - ən yüksək qiymətdir. Prezident İlham Əliyev isə ən yüksək qiymətə layiqdir.
BunuAZƏRTAC-ın xüsusi müxbirinə müsahibəsində Rusiya Prezidentinin beynəlxalq mədəni əməkdaşlıq üzrə xüsusi nümayəndəsi Mixail Şvıdkoy deyib.
O vurğulayıb: "İlham Əliyevin prezidentliyi illərində Azərbaycan böyük inkişaf yolu keçib. İndi Azərbaycan insan varlığının əsas prinsiplərinə hörmətlə yanaşılan müasir, dinamik, bütün dünyada hörmət olunan ölkədir”.
M.Şvıdkoy Azərbaycan Prezidentinə xalqına, dövlətinə mümkün qədər daha çox xidmət etməyi diləyib, İlham Əliyevin rəhbərliyi ilə ölkənin hələ çox uğurlar qazanacağına əminliyini bildirib.
Şvıdkoy sonda deyib: "Azərbaycan Prezidentinin ad gününü nəinki Azərbaycanda, həm də Rusiyada, təkcə azərbaycanlılar yox, həm də İlham Əliyevi sevən, onun ailəsinə hörmət edən hər kəs qeyd edir”.
banner

Oxşar Xəbərlər