• cümə, 29 Mart, 02:52
  • Baku Bakı 7°C

Mixail Saakaşvili Ukrayna vətəndaşlığından məhrum edilib

26.07.17 20:13 808
Mixail Saakaşvili Ukrayna vətəndaşlığından məhrum edilib
Ukrayna prezidenti Petr Poroşenko Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvilinin vətəndaşlıqdan məhrum edilməsi ilə bağlı fərman imzalayıb.

APA-nın Gürcüstan müxbirinin verdiyi məlumata görə, bu barədə Ukrayna Miqrasiya Xidməti məlumat yayıb.

Miqrasiya Xidmətindən bildirilib ki, müvafiq qərar "Vətəndaşlıq haqqında” qanunun əsasında qəbul olunub. Məlumata əsasən, M.Saakaşvili vətəndaşlıq alarkən anketdə həqiqətə uyğun olmayan məlumatlar göstərib.

M.Saakaşvili Ukrayna vətəndaşlığını alan zaman sənədləri doldurarkən Ukrayna və onun hüdudlarında istintaq altında olmadığını qeyd edib, lakin o zaman Gürcüstan ərazisində onun qiyabi həbsinə qərar verilmişdi.

Qeyd edək ki, M.Saakaşvili Ukrayna vətəndaşlığını 2015-ci ilin mayında alıb. O, bu tarixdə Ukraynanın Odessa vilayətinin başçısı təyin olunmuşdu. M.Saakaşvili 2016-cı ilin noyabrında bu vəzifədən istefa verib.
banner

Oxşar Xəbərlər