• cümə, 19 Aprel, 05:33
  • Baku Bakı 18°C

Mixail Mişustin Rusiyanın baş naziri vəzifəsinə təsdiqlənib

16.01.20 16:50 1162
Mixail Mişustin Rusiyanın baş naziri vəzifəsinə təsdiqlənib
Rusiya Dövlət Duması Federal Vergi Xidmətinin rəhbəri Mixail Mişustini ölkənin baş naziri vəzifəsinə təsdiqləyib.
Trend-in məlumatına görə, 383 deputat onun lehinə səs verib. 41 nəfər bitərəf qalıb. Əleyhinə səs verən olmayıb.
Qeyd edək ki, ötən gün Dmitri Medvedev prezidentin Federal Şuraya müraciətindən sonra hökumətin tam tərkibdə istefaya getdiyini açıqlayıb.
Prezident Vladimir Putin isə Mixail Mişustin ilə işgüzar görüş keçirib və ona hökumətin sədri vəzifəsini təklif edib.
banner

Oxşar Xəbərlər