• cümə axşamı, 18 aprel, 12:04
  • Baku Bakı 22°C

Misirli alim Azərbaycan Yazıçılar Birliyinin fəxri üzvü seçildi

07.07.17 18:54 1787
Misirli alim Azərbaycan Yazıçılar Birliyinin fəxri üzvü seçildi
Misirli alim, Ayn Şəms Universitetinin dosenti, Misir Ərəb Respublikasının Azərbaycandakı Səfirliyinin Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzinin müdiri Əhməd Sami ElAydi Azərbaycan Yazıçılar Birliyinin fəxri üzvü seçilmişdir. Ona fəxri üzvlük vəsiqəsini Azərbaycan Yazıçılar Birliyinin sədri, yazıçı Anar təqdim etmişdir. Yazıçısı Anar Misir və Azərbaycan arasında mədəni və ədəbi əlaqələrin inkişafı və genişləndirilməsi sahəsində Misir Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzinin rəhbərinin apardığı işləri yüksək qiymətləndirmiş və uğurlar arzulamışdır.
Qeyd edək ki, Bakı Dövlət Universitetində "Çağdaş Azərbaycan romanlarında mövzu, janr və üslub məsələləri” mövzusunda doktorluq dissertasiyası müdafiə etmiş Əhməd Sami azərbaycanşünas alim kimi bir çox ciddi tədqiqatlara imza atmışdır. Azərbaycan ədəbiyyatı, mədəniyyəti, tarixi haqqında xeyli sayda araşdırmaların müəllifi olan tədqiqatçının əsərləri müxtəlif ərəb ölkələrinin nüfuzlu dərgilərində dərc edilmişdir.
Əhməd Sami tərcümə sahəsində də gərgin əmək sərf etmiş, "Müasir Azərbaycan nəsri” antologiyasını ərəb dilinə tərcümə edərək Misirdə nəşr etdirmişdir. Eyni zamanda, Nobel mükafatı lauretı, məşhur Misir yazıçısı Nəcib Məhfuzun "Liderin qətl günü” romanı onun tərcüməsində Azərbaycanda nəşr olunmuşdur. İndiyədək onun tərcüməsində 10-dan artıq kitab nəşr edilmişdir.
O həmçinin Azərbaycan həqiqətlərinin, xüsusilə Dağlıq Qarabağ probleminin ərəb dünyasında tanıdılmasında mühüm xidmətlər göstərmişdir.
O, Azərbaycan Yazıçılar Birliyinin fəxri üzvü seçilmiş ilk Misir alimidir.
banner

Oxşar Xəbərlər