• cümə, 19 Aprel, 19:38
  • Baku Bakı 24°C

Misirdə koronavirusa yoluxanların sayı çoxalıb

02.04.20 12:45 1079
Misirdə koronavirusa yoluxanların sayı çoxalıb
Misirdə koronavirusa yoluxanların sayı artıb.
AZƏRTACxəbər verir ki, Misirin Səhiyyə naziri Hala Zayed son sutkada yeni növ koronavirusa daha 54 nəfərin yoluxduğunu bildirib.
Onun sözlərinə görə, COVID-19 virusuna yoluxanların ümumi sayı 710 nəfərə çatıb, 46 insan isə həyatını itirib. Nazir əlavə edib ki, karantin xəstəxanalarında 157 xəstə müalicə olunaraq evə buraxılıb.
H.Zayed qeyd edib ki, ötən gün koronavirusa yoluxanların hamısı xarici ölkələrdən gətirilən Misir vətəndaşlarıdır. Bundan iki gün əvvəl həyatını itirən 5 nəfər də yerli sakinlərdir. Nazir məlumat verib ki, Səhiyyə Nazirliyi koronavirusa yoluxma şübhəsi - nəfəs yolları xəstəliyi və ya qızdırması olan insanlar üçün iki "qaynar xətt” açıb.
banner

Oxşar Xəbərlər