• cümə, 19 Aprel, 23:56
  • Baku Bakı 24°C

Misirdə həlak olanların sayı 464 nəfərə çatıb

15.08.13 13:52 1242
Misirdə həlak olanların sayı 464 nəfərə çatıb
Misir hökuməti Qahirə və digər şəhərlərdə iğtişaşlarda ölənlərin sayının 464 nəfər çatdığını açıqlayıb.
APA-nın məlumatına görə, bu rəqəmi ölkənin səhiyyə naziri Məhəmməd Fətullah açıqlayıb. Həlak olanların 43 nəfəri polis nəfəri və 421 nəfəri mülki şəxsdir. Qahirədə 237, digər şəhərlərdə 227 nəfər iğtişaşlar zamanı dünyasını dəyişib.
Misirdə keçid hökuməti ölkə ərazisində fövqəladə vəziyyət, Qahirə və 11 şəhərdə komendant saatı elan edib. “Müsəlman qardaşlar” bu gün öz tərəfdarlarını yenidən kütləvi aksiyaya çağırıblar.
banner

Oxşar Xəbərlər