• çərşənbə, 17 Aprel, 02:27
  • Baku Bakı 14°C

Misir Prezidenti ordunun qurduğu səhra karantin xəstəxanasında olub

28.06.20 17:45 639
Misir Prezidenti ordunun qurduğu səhra karantin xəstəxanasında olub
Misirdə COVID-19-a yoluxanların və virusdan vəfat edənlərin sayının artdığı bir vaxtda ölkə Prezidenti Əbdülfəttah əl-Sisi Silahlı Qüvvələrin səyləri ilə yeni inzibati paytaxtda qurulan modul tipli səhra xəstəxanasında olub. Prezidentin mətbuat katibi Bəsam Radi bildirib ki, 4 min çarpayılıq xəstəxanada təcili tibbi yardım maşınları və helikopter də var. Misirin dövlət başçısına məlumat verilib ki, ordu ümumilikdə 45 hərbi hospitalı da yeni növ koronavirusa yoluxmuş mülki vətəndaşların ixtiyarına verib. Silahlı Qüvvələrin qurduğu fabrikdə isə hər gün 100 min qoruyucu maska istehsal olunur.
AZƏRTACxəbər verir ki, tədbirdə iştirak edən Misirin Səhiyyə naziri Halə Zayid pandemiya ilə bağlı son vəziyyəti açıqlayıb. O bildirib ki, son sutka ərzində ölkədə yeni növ koronavirusa 1168 yoluxma qeydə alınıb, virusa yoluxanların ümumi sayı isə 63 min nəfərdən çoxdur. Nazir əlavə edib ki, yoluxanların sayı nisbətən azalsa da, ölüm halları artmaqda davam edir. Belə ki, iyunun 27-də karantin xəstəxanalarında 88 pasiyent vəfat edib, həyatını itirənlərin sayı 2708 nəfərə çatıb. Həmçinin son sutka ərzində 403 pasiyent sağalıb. İndiyədək xəstəlikdən şəfa tapanların ümumi sayı 17 min nəfərdən çoxdur.

banner

Oxşar Xəbərlər