• çərşənbə axşamı, 23 aprel, 18:57
  • Baku Bakı 20°C

Minskdə X Belarus Beynəlxalq Media Forumu işə başlayıb

08.06.15 18:17 963
Minskdə X Belarus Beynəlxalq Media Forumu işə başlayıb
İyunun 8-dә Belarusun paytaxtı Minsk şəhərində “Gәlәcәk naminә tәrәfdaşlıq: Böyük Qәlәbәnin irsi” adlı X Belarus Beynәlxalq Media Forumu işә başlayıb.
AZӘRTAC xәbәr verir ki, forumun işinә 20 ölkәdәn 400-dәn artıq nümayәndә qatılıb. Tәdbirdә Azәrbaycan Dövlәt İnformasiya Agentliyinin baş direktoru Aslan Aslanov iştirak edir. Azәrbaycanı media forumda, hәmçinin "Bakinski raboçi" qәzetinin baş redaktorunun müavini İlqar İsmayılov, AZӘRTAC-ın sosial şәbәkәlәr vә informasiya resursları şöbәsinin müdiri Elşәn Şahbalayev vә “Kaspi” qәzetinin siyasәt vә iqtisadiyyat şöbәsinin müdiri Roman Temnikov tәmsil edirlәr.
Belarusun informasiya naziri Liliya Ananiç forumun beynәlxalq informasiya mәkanının inkişafına, xalqlar arasında dostluq әlaqәlәrinin möhkәmlәndirilmәsinә töhfә verәcәyinә ümidvar olduğunu qeyd edib. O bildirib ki, hazırda informasiyanın tәsir gücünün artdığı bir zamanda media strukturlarının üzәrinә böyük mәsuliyyәt düşür.
Belarus Prezidenti Aleksandr Lukaşenkonun tәdbir iştirakçılarına təbrik məktubu oxunub. Məktubda deyilir: “Belarus Beynәlxalq Media Forumu xalqlar arasında etimadın möhkәmlәnmәsinә töhfә verәcәk”. Dövlәt başçısı bildirib ki, Qәlәbənin 70 illiyinin qeyd edildiyi bir vaxtda keçirilәn Forumun әhәmiyyәti dә artır, bu irsin qorunub saxlanması işindә kütlәvi informasiya vasitәlәrinin üzәrinә böyük vәzifә düşür.
Forumda, hәmçinin Belarus Respublikası Prezidenti Administrasiyası rәhbәrinin müavini İqor Buzov, Rusiyanın TASS informasiya agentliyinin baş direktoru Sergey Mixaylov vә başqaları çıxış ediblәr.
Tәdbir çәrçivәsindә Belarusun BelTA agentliyinin fotoları әsasında “Böyük Qәlәbәnin mәrhәlәlәri” sәrgisi keçirilib.
Forumda qlobal dünyada yeni medianın rolu, yeni geosiyasi reallıqlar dövründә müasir dünya vә digәr mövzularda müzakirәlәr aparılacaq.
banner

Oxşar Xəbərlər