• çərşənbə axşamı, 16 aprel, 13:33
  • Baku Bakı 19°C

“Minsk Qrupu vəzifəsinin öhdəsindən gələ bilmir”

19.06.13 12:10 1436
“Minsk Qrupu vəzifəsinin öhdəsindən gələ bilmir”
«ATƏT-in Minsk Qrupu həmsədrlərinin Dağlıq Qarabağ münaqişəsinin nizama salınması ilə bağlı narahatlıq ifadə etməsini, bəyanatlar səsləndirməsini ümumilikdə müsbət qiymətləndirmək olar.
Bu, o mənada qiymətləndirilə bilər ki, böyük dövlətlər - Minsk Qrupunun həmsədrləri münaqişəni unutmayıb».
APA-nın məlumatına görə, bunu YAP sədrinin müavini, millət vəkili Əli Əhmədov verib.
ATƏT-in Minsk Qrupuna həmsədrlik edən ölkələrin dövlət başçılarının Dağlıq Qarabağ münaqişəsinin həlli barədə bəyanatına münasibət bildirən Ə. Əhmədovun sözlərinə görə, həqiqət ondan ibarətdir ki, münaqişə 20 ildir nizama salınmayıb, 1 milyondan çox azərbaycanlı qaçqının vəziyyətində dəyişiklik baş verməyib: «Tarixi həqiqət iyirmi ildən çox müddətdə bərpa olunmayıb. Burada günahın böyük bir hissəsi vəzifəsinin öhdəsindən gələ bilməyən Minsk Qrupundadır. Minsk Qrupu münaqişəni həll etmək missiyasını öz üzərinə götürdükdən və 20 il ərzində bu vəzifəsinin öhdəsindən gələ bilmədikdən sonra kimləri günahlandırmaq istəyir? Bu məntiqi sadəcə başa düşmək mümkün deyil. Hesab edirəm ki, Minsk Qrupunun həmsədrləri münaqişəyə konkret münasibət bildirsələr, daha yaxşı olar. Bu zaman münaqişənin həlli istiqamətində daha ciddi addım atılmasına nail olmaq mümkün olardı».
banner

Oxşar Xəbərlər