Minnətdarlıq məktubu: “Biz birlikdə bu bəlaya qalib gələcəyik”
"Siz 16 il əvvəl Prezident seçilərkən
Qurana əl basıb, and içib "Hər bir Azərbaycan vətəndaşının prezidenti olacağam”
söylədiniz və öz andınıza sadiq qalaraq Azərbaycanın ildən-ilə, gündən-günə
inkişaf edib çiçəklənməsinə çalışırsınız”.
Kaspi.az Prezidentin saytına
istinadla xəbər verir ki, bu barədə koronavirus pandemiyasının Azərbaycanda
geniş yayılmasının qarşısının alınması istiqamətində atdığı qətiyyətli
addımlara, xalqımıza göstərdiyi diqqət və qayğıya görə Lənkəran rayonu sakini Saleh Cəfərovun Prezident İlham Əliyevə təşəkkür
məktubunda qeyd edilib.
Saleh Cəfərovun məktubunda
qeyd edilir:
"Hörmətli cənab Prezident.
Dünyanı cənginə almış
COVID-19 xəstəliyinə qarşı bütün vətəndaşlarımızı öz ətrafında birləşdirərək
Siz xalqımızı, o cümlədən bizi xəstəliyə qarşı mübarizəyə səfərbər etmisiniz. Mən,
nəvə və nəticələrim daxil olmaqla ailəmin 75 üzvü adından Sizə dərin minnətdarlığımı
bildirirəm. Bu bəladan itkisiz və üzüağ çıxmaq üçün qurban kəsib, namaz
qılmaqla Allaha dualar edirəm.
Hörmətli Prezidentimiz,
Siz 16 il əvvəl Prezident seçilərkən Qurana əl basıb, and içib "Hər bir Azərbaycan
vətəndaşının prezidenti olacağam” söylədiniz və öz andınıza sadiq qalaraq Azərbaycanın
ildən-ilə, gündən-günə inkişaf edib çiçəklənməsinə çalışırsınız. Allah Məhəmməd
peyğəmbərin başı üstündə bərqərar etdiyi kölgəni Sizin və Sizin simanızda ailə
üzvlərinizin başı üstündən əskik eləməsin.
Hörmətli Prezident və Mehriban xanım. Siz işdə olun,
biz evdə olarıq və biz birlikdə bu bəlaya qalib gələcəyik”.