• cümə axşamı, 25 aprel, 21:30
  • Baku Bakı 21°C

Minnətdarlıq məktubları: “Belə bir Prezidentimiz olduğu üçün qürur hissi keçiririk”

24.04.20 13:33 543
Minnətdarlıq məktubları: “Belə bir Prezidentimiz olduğu üçün qürur hissi keçiririk”
Azərbaycanda koronavirus pandemiyasının geniş yayılmasının qarşısının alınması, əhalinin sağlamlığının qorunması, eyni zamanda, rifahının yaxşılaşdırılması ilə bağlı atdığı qətiyyətli addımlara görə Prezident İlham Əliyevə vətəndaşlardan çoxsaylı minnətdarlıq məktubları gəlməkdə davam edir. Prezidentin saytına istinadla həmin məktublardan bir qismini təqdim edirik.
"Sizi dəstəklədiyimizi və arxanızda olduğumuzu bildiririk”
Şamaxı şəhər sakini, mədəniyyət işçisi Əqidə Sadıqova: "Möhtərəm cənab Prezident. Sizin koronovirus pandemiyası ilə əlaqədar atdığınız qabaqlayıcı addımların nəticəsidir ki, ölkəmizdə hazırda insan itkiləri çox azdır. "Evdə qal” kampaniyasına Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı Şamaxı rayon komitəsi də qoşulub. İşçilərin əməkhaqlarının saxlanılması, aztəminatlı ailələrə müavinətın verilməsi, ianələr üçün fondun yaradılması, sahibkarlara göstərilən dövlət dəstəyi təqdirəlayiq işlərdir. "Biz birlikdə güclüyük!” çağırışınız bu gün hər bir Azərbaycan vətəndaşının devizinə çevrilib. Sizin təşəbbüsünüzə biz də qoşularaq yaşlı insanlara, aztəminatlı imkansız ailələrə ərzaq paketi paylamışıq. Etdiyiniz bütün işlərə görə Sizə sonsuz təşəkkürümüzü bildirir və belə bir Prezidentimiz olduğu üçün qürur hissi keçiririk. Hər işdə Sizi dəstəklədiyimizi və arxanızda olduğumuzu bildiririk. Uca Tanrı Sizi və xalqımızı qorusun”.
"Xalqın inamını daha da möhkəmlətdiniz”
Ordubad rayon sakini Fərrux Nağızadə: "Çox hörmətli cənab Prezident. Siz 2003-cü ildə əlinizi müqəddəs Qurani-Kərimin üzərinə qoyub hər bir azərbaycanlının Prezidenti olacağınızı bildirdiniz və sözünüzün üstündə durdunuz. 2016-cı ildə Lələtəpə qələbəsindən sonra Naxçıvan Muxtar Respublikasının işğal olunmuş bir sıra ərazilərinin azad edilməsi ilə xalqın inamını daha da möhkəmlətdiniz. İndi isə dünyanı bürüyən epidemiyadan xalqımızı qorumaqla gecəniz-gündüzünüz yoxdur. Bunu hər kəs anlayır, başa düşür, Sizi bağrına basır. Azərbaycanın hər sahədə inkişafı diqqət mərkəzindədir. İmkansız insanlara ayrılan sosial yardım, tələbələrə, qaçqınlara olan diqqətiniz göz qabağındadır. Biz birlikdəyik, birlikdə güclüyük. Çox hörmətli cənab Prezident, Ordubad rayonunun çoxsaylı müharibə, arxa cəbhə və əmək veteranları Sizin daxili və xarici siyasətinizi dəstəkləyir və bəyan edirlər ki, hər an Sizinlədirlər”.
Tezliklə bu bəladan xilas olacağıq
Balakən rayonu, Qazma kənd sakini Xəlifə Mirəliyev: "Hörmətli cənab Prezident. Dünyamızı bürüyən koronavirus infeksiyasının ölkəmizdə yayılmasının qarşısının alınması istiqamətində görülən tədbirlərə görə Sizə dərin təşəkkürümü bildirirəm. Həyata keçirdiyiniz təxirəsalınmaz, qabaqlayıcı tədbirlərin və vaxtında verilmiş qərarların nəticəsidir ki, Azərbaycanın tezliklə bu bəladan xilas olacağına hər kəsdə əminlik yaranıb. Son günlər virusdan sağalan xəstələrin sayının virusa yoluxanların sayını üstələməsi bunu deməyə əsas verir. Cənab Prezident, Sizə Azərbaycan vətəndaşının sağlamlığı naminə gördüyünüz qətiyyətli tədbirlərə görə minnətdarlığımı bildirir, çətin və şərəfli işinizdə uğurlar arzulayıram. Allah Sizi və xalqımızı qorusun. Biz birlikdə güclüyük”.
"Bu çətinliyin öhdəsindən də layiqincə gələcəyik”
Neftçala rayonu, Aşağı Surra kənd sakini Rövşən Quliyev: "Çox hörmətli Prezidentimiz. Hazırda Yer kürəsinin 200-dən çox ölkəsinə yayılan COVID-19 pandemiyası ölkəmizdən də yan keçmədi. Lakin Sizin uzaqgörən siyasətinizin nəticəsidir ki, Ümumdünya Səhiyyə Təşkilatının siyahısında Azərbaycan bu xəstəlikdən ölüm sayına görə sonuncu pillələrdədir. Bu gün dünyanı aciz vəziyyətə salmış, səhiyyəsi, iqtisadiyyatı güclü inkişaf etmiş ölkələri belə çətinliklər qarşısında qoyan koronavirusla mübarizədə xalqımız üçün gördüyünüz işlər, verdiyiniz uzaqgörən qərarlar insanların Sizə olan inam və güvənini daha da möhkəmləndirdi. Cənab Prezident, bu yolda Sizə və xalqımıza Allahdan kömək diləyirik. İnanırıq ki, Sizin rəhbərliyinizlə biz birlikdə bu çətinliyin öhdəsindən də layiqincə gələcəyik”.
"Qərarlarınızın məsuliyyətini yaxşı anlayırıq”
İsmayıllı rayon sakini İsmayıl Faxtiyev: "Möhtərəm cənab Prezident. Koronavirus pandemiyası bütün dünyada olduğu kimi, Azərbaycanda da böyük həyəcana səbəb olub. Bu bəlanın qarşısını almaq üçün Sizin səmərəli, qabaqlayıcı tədbirlər görməyiniz ölkəmizin bu bəladan az itkilərlə çıxacağına əminlik yaradıb. Cənab Prezident, dövlətimizi, Vətənimizi, xalqımızı sevən, parlaq gələcəyi və ideyaları olan İsmayıllı gəncləri adından bildirmək istəyirik ki, Sizin hər zaman vurğuladığınız kimi, əsrlərboyu yaşatdığımız milli-mənəvi dəyərləri qoruyaraq bu çətin günlərdə tövsiyənizlə köməyə və yardıma ehtiyacı olan böyüklərimizin, xəstə və fiziki məhdudiyyətli şəxslərin, tənha yaşayan nənə və babalarımızın hər zaman yanındayıq. Sizin uzaqgörənliyiniz və qabaqlayıcı tədbirləriniz sayəsində ölkəmizdə virusun kütləvi şəkildə yayılmasının qarşısı alınıb və xəstəlik nəzarətdə saxlanılır. Əhalini virus təhlükəsindən qorumaq üçün ölkədə xüsusi karantin rejimi elan olundu, dezinfeksiya işləri aparıldı, səhiyyə sahəsində gücləndirilmiş iş rejiminə keçildi. Biz Sizin çağırışlarınızın və qərarlarınızın məsuliyyətini yaxşı anlayırıq. Sizi əmin edirik ki, etimadınızı doğrultmaq üçün daim yorulmadan, böyük əzm və səylə çalışacağıq. Çünki, biz birlikdə güclüyük”.
"Azərbaycanımızı daim irəli aparmağınızı arzu edirik”
Qəbələ rayon sakinləri Seymur Yusifov və Samir Qəribovun birgə məktubundan:"Hörmətli cənab Prezident. Dövlətimizin və xalqımızın bu çətin günlərində aztəminatlı ailələrə edilən müxtəlif yardımlara və koronavirus pandemiyasının yayılmasının qarşısını almaq üçün atdığınız bütün addımlara görə gənc ailə başçıları olaraq ailə üzvlərimizin adından Sizə təşəkkür edirik. Cənab Prezident, aparıcı dövlətlərin bu virusdan çox əziyyət çəkdiyini bilirik. Sizin verdiyiniz düzgün qərarlar nəticəsində xalqımız bu bəladan minimum itkilərlə çıxmaqdadır. Bu, bir daha sübut edir ki, Sizin rəhbərliyinizlə ölkəmiz gündən-günə inkişaf edir, xalqımız əmin-amanlıq içində yaşayır. Sizə bir daha təşəkkürümüzü bildirir, hələ uzun illər ölkəmizə rəhbərlik etməyinizi, Azərbaycanımızı daim ancaq irəli aparmağınızı arzu edirik. Allah Sizi və ailənizi qorusun”.
Hazırladı: Rufik İSMAYILOV
banner

Oxşar Xəbərlər