• cümə, 19 Aprel, 19:33
  • Baku Bakı 24°C

Mingəçevirdə Milli Teatr Günü münasibətilə yeni tamaşa təqdim olunub

12.03.17 11:45 1270
Mingəçevirdə Milli Teatr Günü münasibətilə yeni tamaşa təqdim olunub
Mingəçevir Dövlət Dram Teatrında Azərbaycan Milli Teatrının 144 illiyi münasibətilə yeni tamaşa təqdim olunub.
AZƏRTACxəbər verir ki, tamaşadan əvvəl teatrın direktor müavini Vüsal Məmmədov çıxış edərək 1873-cü il martın 10-da Bakı realnı məktəbinin teatr həvəskarları truppası tərəfindən təməli qoyulan Azərbaycan Milli Teatrının tarixi haqqında danışıb. Mingəçevir teatrının fəaliyyətinə kiçik ekskurs edən Vüsal Məmmədov kollektivi bayram münasibətilə təbrik edib. Daha sonra bir qrup aktyor və aktrisaya fəxri diplomlar təqdim olunub.
Mingəçevirdə 51 il səhnə fəaliyyəti olan əməkdar artist Ella Yaqubova, Akif Mirabov, teatrın rəssamı Yusif İmamverdiyev və ali dərəcəli aktyor Nəsibxan Əliyev onlara göstərilən diqqət və qayğıya görə şəhərin və teatrın rəhbərliyinə, eləcə də tamaşaçılara minnətdarlıqlarını bildiriblər.
Sonra teatrın baş rejissoru Xəzər Gəncəlinin görkəmli yazıçı-dramaturq Süleyman Sani Axundovun "Bir eşqin nəticəsi" komediyası əsasında hazırladığı eyniadlı tamaşa sənətsevərlərə təqdim olunub. Səhnə əsəri böyük maraqla qarşılanıb.
banner

Oxşar Xəbərlər