• cümə axşamı, 28 mart, 15:08
  • Baku Bakı 16°C

Mingəçevirdə bir gündə iki uşaq təcili yardım maşınında dünyaya gəlib

20.08.17 21:53 1042
Mingəçevirdə bir gündə iki uşaq təcili yardım maşınında dünyaya gəlib
Mingəçevirdə iki ayrı təcili yardım maşınında oğlan və qız uşaqları doğulub. "Report”un Şirvan bürosu xəbər verir ki, doğuşlar bu gün şəhərin Vidadi küçəsi 2 və Aydın Məmmədov küçəsi 12 ünvanından hamilə qadınlar təcili yardım maşınları ilə xəstəxanaya götürüldüyü zaman baş verib.
Belə ki, Vidadi küçəsində yaşayan 1982-ci il təvəllüdlü Günel Kərimova oğlunu, Aydın Məmmədov küçəsininin sakini 1996-cı il təvəllüdlü Nuranə Məmmədova isə qız övladını xəstəxanaya yetişmədən təcili yardım maşınında doğub.
Əldə olunan məlumata görə oğlan uşağı vaxtından əvvəl dünyaya gəlib və çəkisi 2 kq 100 qramdır. Bununla belə, hər iki körpənin durumu stabil olaraq dəyərləndirilir və onlar həkim nəzarəti altında saxlanılır.

banner

Oxşar Xəbərlər