• çərşənbə axşamı, 19 mart, 10:38
  • Baku Bakı 8°C

Mingəçevir Dövlət Dram teatrı “Giresun Aksu” Festivalından geri döndü

22.05.17 18:18 1496
Mingəçevir Dövlət Dram teatrı  “Giresun Aksu” Festivalından geri döndü
Dövlət Dram teatrı 1-30 May tarixlərində Türkiyənin Giresun şəhərində keçirilənBeynəlxalq "Giresun Aksu” Festivalı çərçivəsində tanınmış teatr ustası Fevzi Bayazitoğlunun xatirəsinə həsr olunmuş 23-cü Beynəlxalq Giresun Teatr festivalında iştirak edib.
"Kaspi”yə verilən məlumata görə, teatrın kollektivi mayın 15-də Giresun Bələdiyyə teatrının səhnəsində, may ayının 16-da isə Bulancak şəhərində İlqar Fəhminin müəllif olduğu, Bəhram Osmanovun quruluş verdiyi "Son reportaj” tamaşasını Türkiyə tamaşaçılarına təqdim edib. Tamaşa hər iki şəhərdə türk tamaşaçıları tərəfindən böyük rəğbətlə qarşılanıb. İlk tamaşadan sonra səhnəyə çıxan Giresun bələdiyyə teatrının direktoru Mingəçevir Dövlət Dram teatrına möhtəşəm tamaşa üçün öz təşəkkürünü bildirərək festivalın simvolu olan hədiyyəni teatrın direktoru Səxavət Məmmədova təqdim edib.
Qeyd edək ki, Türkiyənin müxtəlif teatrları ilə yanaşı Festivalda İran İslam Respublikası, Rusiya Federasiyası və Gürcüstan Respublikasının teatrları da iştirak edib.
Növbəti günlər Giresun şəhər Bələdiyyə başqanı Kərəm Aqsunun dəvəti ilə Teatrın rəhbərliyi burada bir sıra görüşlər keçirib. Bələdiyyə başqanın mədəniyyət məsələləri üzrə müavini Həsən Özdəmirin də qatıldığı görüşlərdə Mədəniyyət və Turizm Nazirliyinin hazırladığı, Azərbaycan mədəniyyəti, Azərbaycan mətbəxi, Azərbaycan Turizm imkanları haqqında kitablar şəhər rəhbərliyinə təqdim olundu. Onlara Mingəçevir şəhəri haqqında, Mingəçevir teatrı haqqında geniş məlumat verildi. Səfər çərçivəsində Festivalda iştirak edən Türkiyə və xarici teatrların əməkdaşları ilə də maraqlı görüşlər keçirildi, qərara alındı ki, teatrlar arasında qarşılıqlı əlaqələr yaradılsın.
May ayının 19-da 23-cü Beynəlxalq Giresun Teatr festivalının bağlanış mərasimi keçirildi.


banner

Oxşar Xəbərlər