AZE | RUS | ENG |

“Mimino” filminə bəstələnən musiqinin müəllifi Qiya Kançeli vəfat edib

“Mimino” filminə bəstələnən musiqinin müəllifi Qiya Kançeli vəfat edib
Gürcüstanlı bəstəkar Qiya Kançeli uzun sürən xəstəlikdən sonra 84 yaşında vəfat edib.
AZƏRTAC Interfax informasiya agentliyinə istinadla xəbər verir ki, Qiya Kançeli Tbilisi xəstəxanalarının birində müalicə alırdı.
Bəstəkar təkcə operaları və simfonik əsərləri ilə deyil, həm də teatr tamaşalarına və aralarında "Mimino”, "Kin-dza-dza”, "Qəm yemə” kimi populyar filmlərə bəstələdiyi musiqiləri ilə də şöhrət qazanmışdı.
Qiya Kançeli 1935-ci ildə Tbilisidə anadan olub və orada konservatoriyanı bitirib. O, 1967-ci ildən 1986-cı ilə qədər yeddi simfoniya bəstələyib, 1991-ci ildən Almaniya və Niderlandda yaşayıb. SSRİ-nin Xalq artisti, Gürcüstanın Dövlət mükafatı laureatı idi.




Paylaş:

Facebook-da

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7
EUR 1 1 Avro 1.8752
GEL 1 1 Gürcüstan larisi 0.5727
GBP 1 1 İngiltərə funt sterlinqi 2.1433
IRR 100 100 İran rialı 0.004
SEK 1 1 İsveç kronu 0.1733
CHF 1 1 İsveçrə frankı 1.7072
KWD 1 1 Küveyt dinarı 5.5963
TRY 1 1 Türkiyə lirəsi 0.2883