Millimiz Portuqaliyaya rəqib oldu
Qadın voleybolçular arasında Avropa Liqasının püşkatması olub.
Kaspi.az xəbər verir ki, püşkün nəticəsinə görə Azərbaycan yığması
Ukrayna, Bolqarıstan və Portuqaliya ilə eyni qrupda mübarizə aparacaq.
12 ölkənin təmsilçisinin iştirak etdiyi yarışda komandalar 3 qrupda
qüvvəsini sınayacaq və oyunlar mayın 20-dən iyunun 6-dək keçiriləcək.
Qrup qalibi olanlar və ən yaxşı ikinci yerin sahibi iyunun 15-16-da
"dördlər finalı”nda mübarizəni davam etdirəcək.