Millimiz Dubayda yoldaşlıq oyununda qalib gəlib
Dubayda təlim-məşq toplanışında olan qadınlardan ibarət futbol üzrə Azərbaycan milli komandası Birləşmiş Ərəb Əmirlikləri yığması ilə yoldaşlıq oyunu keçirib.
AZƏRTACxəbər verir ki, qarşılaşma 3:2 hesabı ilə millimizin xeyrinə başa çatıb.
Komandamızın qollarını Aysun Əliyeva, Nigar Cəlilli və Sevinc Cəfərzadə vurub.