• çərşənbə axşamı, 16 aprel, 11:18
  • Baku Bakı 14°C

Milli Şuranın 19 oktyabr mitinqi təxirə salındı - Əli Kərimli elan verdi

19.10.19 10:07 492
Milli Şuranın 19 oktyabr mitinqi təxirə salındı - Əli Kərimli elan verdi
AXCP sədri Əli Kərimli sosial şəbəkədə Milli Şuranın oktyabrın 19-na təyin etdiyi mitinqin təxirə salınması barədə elan yazıb.
Trend-in məlumatına görə, partiya sədri elanı "Facebook" sosial şəbəkəsindəki səhifəsində paylaşıb.
Mətndə qeyd edilir: "Dostlar, mitinqin təşkilatçılarının kütləvi şəkildə həbs edilməsi, həmçinin, ölkədə və xaricdə yaşayan dostların aksiya ilə bağlı ciddi təxribatlar hazırlanması barədə ötürdüyü məlumatların ciddiliyi, Milli Şuranın kordinasiya mərkəzinin üzvləri arasında yenidən müzakirə edilmiş və 19 oktyabra planlaşdırılan dinc aksiyanın təxirə salınması barədə qərar qəbul edilmişdir".
banner

Oxşar Xəbərlər