Milli Qurtuluş Gününə həsr olunmuş tədbir keçirilib
Azərbaycan
Dillər Universitetində (ADU) 15 iyun - Milli Qurtuluş Günü münasibəti ilə "Azərbaycan
dövləti multikulturalizm və tolerantlığın qarantıdır” mövzusunda seminar
keçirilib.
Açılış nitqi ilə çıxış edən
ADU-nun rektoru, AMEA-nın həqiqi üzvü Kamal Abdulla1993-cü ildə ulu öndər Heydər
Əliyevin Azərbaycanda hakimiyyətə ikinci dəfə qayıdışının faktiki olaraq ölkəmizi
böyük bir fəlakətdən xilas etdiyini, vətəndaş müharibəsi astanasında duran bir
xalqın öz inkişafına qovuşması üçün siyasi, iqtisadi və mənəvi bir mühit
yaratdığını qeyd edib. O, ulu öndər Heydər Əliyev tərəfindən əsası qoyulan Azərbaycansiyasətinihəmin
dəst-xətt, ahəng, üslub, siyasi cəsarət, gələcəyə nikbin, aydın baxışlar və
düzgün hədəflərlə Prezident İlham Əliyevinçox böyük cəsarətləhəyata keçirdiyini
sözlərinə əlavə edib.Ulu öndərin bir çox qayıdışlara imza atdığını söyləyən
K.Abdulla onun hakimiyyətə gəlişindən sonra mənəvi, siyasi və iqtisadi sahələrdə
inkişaf yarandığını, bu inkişaf meyllərininPrezident İlham Əliyevin fəaliyyətində
də əsas olduğunu bildirib.
K.Abdulla
ADU-nun gözəl ənənələrinin və potensialının olduğunu bildirərək Azərbaycanın
multikultural inkişaf yolunda universitetin üzərinə düşən missiyanın öhdəsindən
layiqincə gələcəyinə əminliyini ifadə edib. Çıxışının sonunda K.Abdulla 15 iyun
tarixinin fəxr, vüqarvə əzəmət günü olduğunu söyləyərək tədbir iştirakçılarını əlamətdar
gün münasibəti ilə təbrik edib.
Bakı Beynəlxalq
Multikulturalizm Mərkəzinin şöbə müdiri Rəşad İlyasov "Azərbaycan
multikulturalizmi” dərsliyi haqqında ümumi məlumat verib. O, Azərbaycan multikulturalizmini
həm ölkədaxilində, həm də ölkəxaricində təbliğ edən bu kitabın elm tarixinə öz
möhürünü vura biləcəyini, eyni zamanda kitabın dərslik kimi güclü bir mənbə
olduğunu qeyd edib.
Tədbirdə ADU-nun
Regionşünaslıq kafedrasının müdiri, dosent Sevdagül Əliyeva "Azərbaycanda
yaşayan azsaylı xalqların Azərbaycan cəmiyyətinə düzgün inteqrasiyasında Heydər
Əliyevin siyasəti”, Psixologiya kafedrasının baş müəllimi Misgər Məmmədov
"Ümummilli lider Heydər Əlievin hakimiyyətə qayıdışı, xalqın ona olan inam və
etibarı”, Linqvodidaktika kafedrasının müdiri, professor Gülnar Hüseynzadə "Azərbaycan
multikulturalizminin dünyada təbliği”, Sosial elmlər kafedrasının müdiri,
dosent Ədalət Abdiyeva "Müstəqillik dövründə multikulturalizm siyasəti və Azərbaycanda
davamlı inkişaf”, Ümumi dilçilik kafedrasının professoru Həbib Zərbəliyev isə
"İndoneziya universitetlərində Azərbaycan multikulturalizmi fənninin tədrisi”
mövzusunda mühazirə ilə çıxış ediblər.
Tədbir müzakirələrlə
yekunlaşıb.