• şənbə, 20 Aprel, 13:53
  • Baku Bakı 23°C

Milli peykimizdən yayımlanan kanalların sayı 56-ya çatıb

16.09.13 10:23 1699
Milli peykimizdən yayımlanan kanalların sayı 56-ya çatıb
Belə ki, “Azərspace-1” peykindən yayımlanan kanalların sayı artıq 56-ya çatıb. Onlardan 8-i yerli, digərləri isə xarici kanallardır. Bu barədə “APA-Economics”ə Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Məlumata görə, 8 radio kanalının yayımı da milli peykimiz üzərindən həyata keçirilir. “Azərkosmos” ASC-dən qeyd edilib ki, tamaşaçıların seçim imkanlarının yüksəldilməsi məqsədilə “Azərspace-1” vasitəsilə yayımlanan kanalların sayının artırılması üzərində işlər davam etdirilir: “Ümumiyyətlə, peyk üzərindən yayıma yeni kanalların qoşulması davamlı gedən prosesdir. Yayımlanan televiziya və radio kanallarının sayı mərhələli şəkildə artırılacaq. Eyni zamanda digər ölkələrin milli peykdən istifadəsi istiqamətində görülən işlər də mütəmadi şəkildə davam etdirilir”.
Qeyd edək ki, ilk telekommunikasiya peyki 2013-cü ilin fevralında orbitə çıxarılıb və may ayından etibarən kommersiya fəaliyyətinə başlayıb. Peykin əhatə zonasına Avropa, Afrika, Qafqaz regionu, Yaxın Şərq və Mərkəzi Asiya regionları daxildir.
banner

Oxşar Xəbərlər