• şənbə, 20 Aprel, 12:23
  • Baku Bakı 23°C

Milli Musiqi günü münasibətilə tədbir keçirilib

18.09.17 13:10 2120
Milli Musiqi günü münasibətilə tədbir keçirilib
Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının qarşısında Azərbaycan bəstəkarlıq məktəbinin banisi Üzeyir Hacıbəylinin doğum günü və 18 sentyabr - Milli Musiqi Günü münasibətilə təntənəli mərasim keçirilib.
APA-nın məlumatına görə, mərasimdə Dövlət Xor Kapellası, Müdafiə Nazirliyinin Nümunəvi Hərbi Orkestri Ü. Hacıbəylinin əsərlərini səsləndirib.
Mədəniyyət və turizm naziriƏbülfəs QarayevÜzeyir Hacıbəylinin həyat və yaradıcılığından danışıb və onun əsərlərini Azərbaycan musiqisinin ən gözəl nümunələri kimi dəyərləndirib. Nazir bildirib ki Milli Musiqi Günü münasibəti ilə bir sıra mədəniyyət müəssisələrində silsilə tədbirlər keçiriləcək, eyni zamanda dünyanın müxtəlif ölkələrindən gələn musiqiçilər Üzeyir Hacıbəyovun yaratdığı zəngin musiqi irsi ilə daha yaxından tanış olacaqlar.
Bəstəkarlar İttifaqının sədri, xalq artisti Firəngiz Əlizadə Üzeyir Hacıbəylinin yaradıcılığı ilə bağlı aparılan tədqiqat işlərindən danışıb. Onun sözlərinə görə, Azərbaycanda musiqi sahəsində çalışan alimlər bəstəkarın əsərlərinin coğrafiyasını araşdırır və yeni tədqiqat əsərlərinin üzərində çalışırlar.
Bakı Musiqi Akademiyasının rektoru, xalq artisti Fərhad Bədəlbəyli, Azərbaycan Milli Konservatoriyasının rektoru Səyavuş Kərimi Azərbaycanın Üzeyir Hacıbəyli kimi şəxsiyyəti olduğuna görə fəxr etdiklərini bildiriblər.
Çıxış edənlər qeyd ediblər ki, böyük bəstəkar olmasaydı, Azərbaycanda opera, simfonik musiqi olmayacaqdı. Bu gün dünyanın məşhur musiqiçiləri Üzeyir bəyin musiqisini dinləyir, onu tanıyır və qiymətləndirirlər.
banner

Oxşar Xəbərlər