• şənbə, 20 Aprel, 04:14
  • Baku Bakı 15°C

Milli-mənəvi dəyərlərimiz keçmişimiz, bu günümüz və gələcəyimizdir

27.05.16 21:52 1518
Milli-mənəvi dəyərlərimiz keçmişimiz, bu günümüz və gələcəyimizdir
Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının yardımı ilə Humanitar Araşdırmalar İctimai Birliyi yeni layihəyə start verib. "Milli-mənəvi dəyərlərimizin qorunmasında və zənginləşdirilməsində gənclərin rolunun artırılması" layihəsi çərçivəsində "Milli-mənəvi dəyərlərimizin qorunmasında xidmətləri olan dövlət xadimlərimiz: Heydər Əliyev” adlı ilk konfrans Beynəlxalq Mətbuat Mərkəzində keçirilib. Toplantının iştirakçıları ölkəmizin paytaxtında yerləşən universitetlərin tələbələri və gənc elmi işçilər olub.
Konfransı giriş sözü ilə açan Humanitar Araşdırmalar İctimai Birliyinin sədri filologiya üzrə fəlsəfə doktoru, dosent Nurlanə Mustafayeva milli-mənəvi dəyərlərimizin minillik tariximizdən keçib gəldiyini, zənginləşərək bu gün də yaşadığını bildirib. Qeyd edib ki, bu dəyərlər keçmişimiz, bu günümüz və gələcəyimizdir: "Ən qədim sivilizasiya ocaqlarından biri olan Azərbaycan ərazisində xalqımız dünyanın ən zəngin və özünəməxsus mədəniyyətlərindən birini yaradıb. Bu dəyərlərimizin qorunması və inkişaf etdirilməsində xüsusi xidmətləri olan dövlət xadimlərimizdən biri ulu öndər Heydər Əliyev olub. Azərbaycana rəhbərlik etdiyi 1969-1982-ci illərdə və 1993-2003-cü illərdə ulu öndər xalqımızın milli-mənəvi dəyərlərinin qorunması və inkişaf etdirilməsinə xüsusi qayğı və diqqətlə yanaşıb. Ümummilli lider deyirdi ki, həyatda uğurla yaşamaq üçün xalqımızın, millətimizin milli-mənəvi dəyərlərinə sadiq olmaq lazımdır. Bu milli-mənəvi dəyərləri ümumbəşəri dəyərlərlə birləşdirib müasir həyat tərzi keçirmək lazımdır”.
Tədbirdə millət vəkili, əməkdar jurnalist Sahib Alıyev ulu öndərin milli-mənəvi dəyərlərə verdiyi qiymət, bu sahədə gördüyü konkret işlər haqqında geniş məruzə edib, iştirakçıların çoxsaylı suallarını cavablandırıb.
Konfransda çıxış edən millət vəkili, professor Musa Qasımlı milli-mənəvi dəyərlərimizin qorunması istiqamətində ümummilli lider Heydər Əliyevin fəaliyyətindən konkret misallar gətirib.
Çıxış edən iştirakçılar konfransın faydalı olduğunu söyləyiblər.

banner

Oxşar Xəbərlər