• cümə axşamı, 28 mart, 14:36
  • Baku Bakı 16°C

Milli Məclisin nümayəndə heyəti AŞPA-nın yaz sessiyasına qatılacaq

22.04.17 13:45 717
Milli Məclisin nümayəndə heyəti AŞPA-nın yaz sessiyasına qatılacaq
Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr Komitəsinin sədri,Avropa ŞurasıParlament Assambleyasındakı daimi nümayəndə heyətinin rəhbəriSəməd Seyidov və bir qrup deputatAŞPA-nın yaz sessiyasında iştirak etmək üçün aprelin 23-dən 30-dək Strasburqda səfərdə olacaqlar.
Milli Məclisin Mətbuat xidmətindənAPA-ya verilən məlumata görə, nümayəndə heyətinə parlamentin Mədəniyyət komitəsinin sədri Rafael Hüseynov, deputatlardan Sevinc Fətəliyeva, Sahibə Qafarova, Vüsal Hüseynov və Müslüm Məmmədov daxildirlər.
Sessiya dövründəAŞPA-nın son 6 ay ərzində fəaliyyəti barədə və Türkiyədə demokratik institutların fəaliyyəti barədə məruzələr dinləniləcək, müzakirələr aparılacaq. Türkiyə ilə bağlı məruzənin müzakirəsi zamanı Azərbaycan nümayəndə heyətinin bütün üzvlərinin çıxışları nəzərdə tutulub.
Bundan başqa, sessiya çərçivəsində Avropa Şurasının İnsan hüquqları üzrə komissarı Nils Muijneksin 2016-cı il üzrə hesabatı olacaq, suallara cavab veriləcək.
Azərbaycan nümayəndə heyətinin üzvləriAŞPAkomitələrinin və siyasi qruplarının işində də iştirak edəcəklər.
Səfər çərçivəsində nümayəndə heyətinin üzvü Sahibə QafarovaAŞPABürosunun da tədbirlərinə və təşkilatın gələcək fəaliyyəti ilə bağlı müzakirələrə qatılacaq.
banner

Oxşar Xəbərlər