• cümə, 29 Mart, 11:30
  • Baku Bakı 5°C

Milli Məclisin deputatları Kiyevdə keçiriləcək tədbirlərdə iştirak edəcəklər

18.02.17 19:00 829
Milli Məclisin deputatları Kiyevdə keçiriləcək tədbirlərdə iştirak edəcəklər
Azərbaycan Respublikası Milli Məclisinindeputatları - gənclər və idman komitəsinin sədri Fuad Muradov, Rasim Musabəyov və Şahin İsmayılov Avronest Parlament Assambleyasının Şərq tərəfdaşlığı ölkələrinin nümayəndə heyətləri rəhbərlərinin görüşündə, həmçinin Avronest PA-nın prosedur qaydaları üzrə işçi qrupunun iclasında, eləcə də Azərbaycanla Ukrayna arasında diplomatik əlaqələrin qurulmasının 25 illiyinə həsr edilən tədbirdə iştirak etmək üçün fevralın 19-dan 22-dək Kiyevdə səfərdə olacaqlar.
Milli Məclisin mətbuat xidmətindənAZƏRTAC-a verilən məlumata görə, səfər çərçivəsində Avronest PA-nın prosedur qaydaları üzrə işçi qrupunun iclasında qurumun fəaliyyətinin təkmilləşdirilməsi və effektivliyinin artırılması ilə bağlı məsələlər müzakirə ediləcək.
Ukrayna Ali Radasında keçiriləcək Azərbaycan ilə Ukrayna arasında diplomatik əlaqələrin qurulmasının 25 illiyinə həsr edilən tədbirdə isə deputatlar, diplomatlar və elm xadimləri çıxışlar edəcək, diplomatik münasibətlərin tarixinə nəzər salacaqlar.
Fuad Muradov Xocalı soyqırımına həsr edilən anma mərasimində iştirak etmək üçün fevralın 23-də İsrailin Yerusəlim şəhərinə yola düşəcək.
Səfər fevralın 26-da başa çatacaq.
banner

Oxşar Xəbərlər