• cümə, 19 Aprel, 23:49
  • Baku Bakı 24°C

Milli Məclisdən Türkiyəyə 38 min dollar yardım gedib

30.05.14 11:11 1204
Milli Məclisdən Türkiyəyə 38 min dollar yardım gedib
Azərbaycan parlamentinin 40-a yaxın deputatı Türkiyənin Soma şəhərində baş verən mədən qəzasında zərərçəkənlərin ailəsinə yardım edib. Bunu deputat, Qızıl Aypara Cəmiyyətinin sədri Novruzəli Aslanov parlamentin 30 may iclasında açıqlayıb.
Deputat qeyd edib ki, ümumilikdə 38 min dollar vəsait yığılıb və Türkiyənin Qızıl Aypara Cəmiyyətinin hesabına köçürülüb.
Türkiyənin Manisa vilayətinin Soma şəhərindəki daş kömür mədənində mayın 13-də baş verən qəzada 301 nəfər ölüb.
banner

Oxşar Xəbərlər