• cümə, 29 Mart, 18:36
  • Baku Bakı 14°C

Milli Məclisdə mübahisə: “Bir az ciddi olun”

30.09.14 18:32 1101
Milli Məclisdə mübahisə: “Bir az ciddi olun”
Milli Məclisin bu gün keçirilən plenar iclasında “Siyasi partiyalar haqqında” qanuna dəyişikliklərin müzakirəsi zamanı deputatlar arasında mübahisə düşüb, spiker deputatlara səsini ucaldaraq onları ciddiliyə dəvət edib. Lent.az-ın məlumatına görə, çıxış edən deputat Zahid Oruc müxalif partiyadan olan deputatların, o cümlədən İqbal Ağazadənin partiyaların maliyyə hesabatının Mərkəzi Seçki Komissiyasına verilməsinə etiraz etməsinə cavab verib.
O, buna bəraət qazandıraraq fikirlərini bildirdikdən sonra deputat İ. Ağazadə əsəbi halda ayağa qalxaraq Z. Orucun üstünə qışqırıb: “ Zahid Oruc, mən nədən danışıram, sən nədən danışdın? Mən deyirəm bütün maliyyə hesabatları Maliyyə Nazirliyinə verildiyi kimi, partiyalar da ora versin. Sən nə deyirsən? Bildiyin şeyə də başını qatırsan, bilmədiyinə də!”.
Onların deyişməsinə müdaxilə edən spiker deputatlara əsəbiləşib: “Bir az ciddi olun”.
banner

Oxşar Xəbərlər