• çərşənbə, 24 Aprel, 16:09
  • Baku Bakı 27°C

Milli Məclisdə əhaliyə güzəştlə satılan qazın limitinə yenidən baxılması təklif edilib

23.02.21 11:25 473
Milli Məclisdə əhaliyə güzəştlə satılan qazın limitinə yenidən baxılması təklif edilib
"Əhaliyə güzəştlə satılan qazın limiti məsələsinə yenidən baxılmalıdır”.
APA-nın məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Azər Badamov deyib.
Deputat bildirib ki, dağlıq rayonlarında qazdan istifadə daha çox olur: "Dağlıq rayonlarının sakinləri digər regionlardan daha çox yanacaq yandırmağa məcburdurlar. Güzəştli qaz limiti məsələsində bütün əhaliyə, regionlara eyni yanaşma tətbiq edilib. Ölkə əhalisinin 15 % qaz limitini aşır. Bu 15 %-in içində dağlıq rayonlarda yaşayan insanlar 10 %-dən də az təşkil edir. Tarif Şurasından dağlıq regionlarda yaşayan əhali üçün qaz limitini artırmağı xahiş edirəm”.

banner

Oxşar Xəbərlər