• çərşənbə, 24 Aprel, 21:13
  • Baku Bakı 23°C

Milli Məclis növbədənkənar sessiya keçirə bilər

15.05.13 10:48 1633
Milli Məclis növbədənkənar sessiya keçirə bilər
Bakı. Kəmalə Quliyeva-APA. İyunda Milli Məclisin növbədənkənar sessiyasının keçirilməsi gözlənilir. Bu barədə APA-ya Milli Məclisin mətbuat xidmətinin rəhbəri Akif Təvəkküloğlu bildirib. Onun sözlərinə görə, bununla bağlı parlamentin 70 deputatı konstitusiya hüququndan yararlanaraq MM-in spikerinə müraciət ediblər: “MM-in yaz sessiyası may ayının sonunda başa çatır. Adətən sessiya ərzində hansısa məsələlər qaldıqda, onları müzakirə etmək üçün deputatlar Milli Məclisin rəhbərliyinə müraciət edə bilərlər. Növbədənkənar sessiyanın keçirilməsi ilə bağlı qərar yəqin ki, MM-in növbəti iclasında qəbul olunacaq”.
Qeyd edək ki, MM-in növbəti iclası mayın 21-də keçiriləcək.
banner

Oxşar Xəbərlər