• cümə axşamı, 28 mart, 21:34
  • Baku Bakı 13°C

Milli Məclis bir neçə hakimi vəzifəsindən kənarlaşdırdı

20.06.14 11:48 1047
Milli Məclis bir neçə hakimi vəzifəsindən kənarlaşdırdı
APA-nın məlumatına görə, bununla bağlı dövlət başçısı İlham Əliyevin təqdimatı barədə parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli məlumat verib.
Bildirilib ki, Prezident İlham Əliyevin təqdimatı ilə MM Bakı Apellyasiya Məhkəməsinin hakimi Natiq Mehdi oğlu Abbasovu, Şirvan Apellyasiya Məhkəməsinin hakimi Zamin Vəliyəddin oğlu İbrahimovu və Şəki Apellyasiya Məhkəməsinin hakimi İnşallah Fərman oğlu Quliyevi öz ərizələri ilə vəzifədən azad edir.
O cümlədən Ali Məhkəmənin hakimi İnqilab Maşallah oğlu Nəsirovun səlahiyyət müddətinin uzadılması barədə təqdimata baxılıb. Qeyd olunub ki, İ. Nəsirov uzun illərdir ki, hüquq-mühafizə orqanlarında, o cümlədən Mərkəzi Seçki Komissiyasında çalışıb. O hazırda Ali Məhkəmənin hakimidir və səlahiyyət müddəti iyunun 25-də başa çatır. Prezident İlham Əliyev onun yenidən hakim təyin edilməsi barədə MM-ə təqdimat göndərib. Bundan başqa, MM-ə Zərbəli Şirinbala oğlu Zərbəliyev Gəncə Apellyasiya Məhkəməsinin hakimi təyin edilməsi barədə də təqdimat daxil olub.
Bütün təqdimatlar səsə qoyularaq təsdiq olunub.
banner

Oxşar Xəbərlər