• çərşənbə axşamı, 16 aprel, 14:21
  • Baku Bakı 19°C

Milli Məclis bəzi şəhər və rayonlarda hərbi vəziyyətin tətbiq edilməsi barədə qərar qəbul edib

27.09.20 17:58 1029
Milli Məclis bəzi şəhər və rayonlarda hərbi vəziyyətin tətbiq edilməsi barədə qərar qəbul edib
Sentyabrın 27-də Milli Məclisin payız sessiyasının xüsusi plenar iclası keçirilir.
Trend xəbər verir ki, parlamentin Sədri Sahibə Qafarova iclası açaraq gündəliyə bir məsələnin daxil edildiyini deyib.
İclasda Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 29-cu bəndinə və 111-ci maddəsinə uyğun olaraq Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə ölkədə hərbi vəziyyətin elan olunması məsələsi müzakirə edilib.
Müzakirələrdən sonra ölkənin bəzi şəhər və rayonlarında hərbi vəziyyətin tətbiq edilməsi ilə bağlı qərar qəbul olunub.
banner

Oxşar Xəbərlər