• cümə axşamı, 18 aprel, 12:47
  • Baku Bakı 22°C

Millət vəkili milli qəhrəmanlar üçün status istədi

24.05.13 10:37 1781
Millət vəkili milli qəhrəmanlar üçün status istədi
APA-nın məlumatına görə, spiker Oqtay Əsədov iclası açıq elan etdikdən sonra cari məsələlərin müzakirəsi başlanıb.
Cari məsələlərlə bağlı çıxış edən deputat Musa Quliyev bildirib ki, Milli Qəhrəmanlara xüsusi status vermək lazımdır. Onun sözlərinə görə, Azərbaycanda 211 Milli Qəhrəman var ki, onlardan 17-si sağdır və onlara xüsusi imtiyazların verilməsi ciddi problem olmaz.
Deputat Qüdrət Həsənquliyev isə Qafqaz Müsəlmanları İdarəsinin sədri Hacı Allahşükür Paşazadənin rəhbərliyi ilə bir qrup deputatın İrqan səfərindən danışaraq deyib ki, nümayəndə heyəti orada lazımı həqiqətləri onlara çatdıra bilib.
Daha sonra o, sabiq deputatların pensiya təminatı məsələsinə yenidən baxılmasını təklif edib. Müzakirələr davam edir.
Qeyd edək ki, bugünkü iclasın gündəliyinə 9 məsələ daxil edilib.
banner

Oxşar Xəbərlər