• şənbə, 20 Aprel, 10:51
  • Baku Bakı 14°C

Millət vəkili İlhamə Quliyevanın hərəkətlərini biabırçılıq adlandırdı

03.07.13 11:51 2623
Millət vəkili İlhamə Quliyevanın hərəkətlərini biabırçılıq adlandırdı

Modern.az-ın xəbərinə görə, Ç.Qənizaddə olayla bağlı aşağıdakı fikirləri səsləndirib:
“Son dövrlər Azərbaycanın tanınmış sənətçiləri, o cümlədən xalq artistləri arasında bir-birlərinə qarşı mətbuatda gedən savaş, biədəb şəkildə çəkilmiş fotolarının yayılması və ən nəhayət məhkəmə çəkişmələri biabırçılıqdan başqa bir şey deyil.
Xüsusilə son vaxtlar xalq artisti İlhamə Quliyeva tərəfindən digər xalq artistləri Məleykə Əsədovaya, Nazpəri Dostəliyevaya, Brilliant Dadaşovaya, Aygün Kazımovaya qarşı “hücum”larının arxasında nə durduğu başa düşülən deyil.
Bir neçə gün öncə Milli Məclisin deputatı, Mədəniyyət komitəsinin sədri Nizami Cəfərov İlhamə Quliyeva haqqında mətbuata belə bir fikir açıqlamışdı: “...bəzən İlhamə xanım o qədər darıxır ki, özü özünə ad verir”.
Mən bunu niyə xatırlatdım? Məndə olan məlumata görə Nazpəri Dostəliyeva İlhamə Quliyeva haqqında televiziya və mətbuatda aşağıdakı fikirləri bildirib. O deyib: “İlhamə özünü “Dünya sülh səfiri”, Cenevrədə “BMT-nin idarə heyətinin üzvü”, “Vətən mükafatı laureatı”, “Dünya azərbaycanlıları Konqresi mədəniyyət akademiyasının prezidenti” kimi təqdim edir. Görəsən mövcud olmayan adları ona kim verib? O özü özünə titullar verir. Bəlkə İlhamə Quliyeva Mədəniyyət naziridir, Prezident köməkçisidir?”
Əslində Nizami Cəfərov kimi mən də bilmək istərdim ki, bu adları hansı rəsmi qurumlar verir? Lakin məndə olan məlumata görə adları çəkilən təşkilatlardan bəzilərinin rəhbərliyində olan şəxslər – Sabir Rüstəmxanlı, Paşa Qəlbinur, Samir Adıgözəlli tərəfindən məhkəməyə rəsmi sənəd təqdim olunub ki, belə bir titullar və fəxri adlar mövcud deyil.
Çox təəssüf edirəm ki, Nəsimi rayon Məhkəməsi tərəfindən N.Dostəliyeva yuxarıda qeyd etdiyimiz fikirlərinə görə İlhamə Quliyevaya mənəvi zərər vurması adı ilə 50 min manat cərimə edilib.
Mənəvi zərər şəxsin yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verir.
Mən hakimdən soruşmaq istərdim, Nazpəri xanımın fikirlərindən sonra bu halların hansı baş verib?
Amma unutmaq lazım deyil ki, təxminən bir ay bundan öncə ATV kanalının canlı yayımında İlhamə Quliyevanın Nazpəri Dostəliyeva ilə canlı telefon bağlantısı zamanı İlhamə xanımın heç bir etik normalara sığmayan və xüsusilə qadına yaraşmayan “Mən yemirəm, yedizdirirəm...” ifadəsi təkcə Nazpəri xanıma deyil, bütün Azərbaycan tamaşaçılarına qarşı təhqir idi.
Belə hesab edirəm ki, Nəsimi rayon Məhkəməsinin dünən verdiyi qətnamə ədalətli deyil, ləğv edilməlidir”.
banner

Oxşar Xəbərlər