• cümə axşamı, 28 mart, 14:12
  • Baku Bakı 16°C

Millət vəkili Gəncədə sosial mənzillərin tikilməsini təklif edib

04.10.19 16:15 713
Millət vəkili Gəncədə sosial mənzillərin tikilməsini təklif edib
"Azərbaycanın davamlı və sürətli tərəqqisinin canlı nümunəsi olan qədim Gəncə şəhəri bu gün Qafqaz regionunun ən gözəl şəhərinə çevrilib. Bununla yanaşı şəhərdə həlli vacib problemlər də qaçılmazdır. Şəhərdə içməli su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması ilə əlaqədar yollar bərbad hala düşür, sakinlərin haqlı narazılığına səbəb olur. Yaxşı olardı ki, aidiyyəti orqanlar içməli su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması işlərini sürətləndirsinlər”.
Bu barədə Milli Məclisin deputatı Naqif HəmzəyevBaş nazirinin müavini, YAP Sədrinin müavini Əli Həsənovun Gəncə şəhərində partiya fəalları ilə görüşündə şikayət və təkliflərlə bağlı tədbir iştirakçılarına ünvanlandığı sorğuya cavab olaraq bildirib.
Deputat N.Həmzəyev Prezident İlham Əliyevin siyasi iradəsi ilə vətəndaşların yaşayış sahələrinə olan ehtiyacını ödəmək məqsədi ilə reallaşan sosial mənzillərin Gəncə şəhərində tikilməsini də təklif edib: "Gəncə şəhərində sosial mənzillərin tikilməsi ehtiyacı olan sakinlərin, xüsusən də gənclərin mənzil-məişət şəraitinin yaxşılaşdırılmasına təkan olardı”.
Əvvəllər fəaliyyət göstərən Gəncə-Naxçıvan aviareysinin bağlanmasına münasibət bildirən N.Həmzəyev qeyd edib ki, aviareysin bərpa edilməsi Gəncədə təhsil alan Naxçıvandan olan tələbələrin, o cümlədən hərbi xidmət çəkən əsgərlərin, onların valideynlərinin gediş-gəlişində ciddi əngəlləri aradan qaldıracaq. O qeyd edib ki, Gəncə-Naxçıvan aviareysi Gəncə və ətraf bölgələrin turizminin inkişafına da müsbət təsir göstərəcək.
Millət vəkilinin daha bir təklifi Gəncə şəhərində paytaxt və bölgələrdən təhsil alan tələbələrin kirayə evlər və ya yataqxana probleminin aradan qaldırılması ilə bağlı olub: "Gəncə şəhərində 3 ali məktəb və 3 kollec fəaliyyət göstərir. Onlardan yalnız Azərbaycan Dövlət Aqrar Universitetinin müasir standartlara cavab verən yataqxanası var. Yaxşı olardı ki, digər universitet və kolleclərdə də tələbə yataqxanaları tikilsin”.
banner

Oxşar Xəbərlər