• cümə axşamı, 28 mart, 12:16
  • Baku Bakı 16°C

“Milan”da maliyyə problemi, onu sifariş edə bilmədilər

27.07.17 11:20 4398
“Milan”da maliyyə problemi, onu sifariş edə bilmədilər
İtaliyanın "Milan” klubunda maliyyə problemi yaşanır.
Kaspi.az xəbər verir ki, bu səbəbdən də klub yeni transferlərini avqustun 11-ə qədər sifariş edə bilməyəcək. Konkret olaraq, İtaliya nəhəngi Leonardo Bonuççi ilə Lukas Bilin transfer haqqını ödəyə bilməyib.
"Milan”ın baş direktoru Marko Fasone məlumatı təsdiqləyib. Buna görə də Bonuççi ilə Bili Çempionlar Liqasının 3-cü təsnifat mərhələsində Rumıniyanın "Universitatiya” klubu ilə 27 iyul və 3 avqustda keçiriləcək oyunlarda meydana çıxa bilməyəcək.
"Milan” Bonuççiyə görə "Yuventus”a 42, Biliyə görə isə "Latsio”ya 17 milyon avro ödəməlidir.
banner

Oxşar Xəbərlər