“Milan”a fransız marağı

“Milan”a fransız marağı

İdman
16 Sentyabr 2019, 12:33 155
İtaliyanın "Milan” klubunu fransız milyarder almaq istəyir. 
 
Kaspi.az xəbər verir ki, "Louis Vuitton”un sahibi Moyet Hennness Bernar Arno "Milan”ın səhmlərini sahib çıxmaq üçün fəaliyyətə başlayıb. O, bunun üçün 1 milyard avro xərcləməyə hazırdır.
 
Dünyanın ən varlı 3-cü şəxsi 2019/2020 mövsümün sonunda istəyini reallaşdırmaq niyyətindədir. Ancaq o da bildirilir ki, klubun hazırkı sahibi "Elliott Management” fondu "Milan”ı satmağı planlaşdırmır. 
 
Arnonun 85 milyard avro sərvətə sahib olduğu bildirilir. O, yalnız Ceffi Bezos və Bill Qeytsdən kasıbdır.