• şənbə, 20 Aprel, 03:32
  • Baku Bakı 15°C

Mikroavtobus qəzaya düşüb, xəsarət alan var

20.08.17 09:40 1503
Mikroavtobus qəzaya düşüb, xəsarət alan var
Mingəçevirdə sərnişin mikro avtobusu qəzaya düşüb. ”Report”un Şirvan bürosu xəbər verir ki, hadisə şəhərinHeydər Əliyevprospektində, Avtovağzalın yaxınlığında baş verib.
Belə ki, "Vaz2107” markalı avtomobil həmin an xəttə olmayan, Mingəçevir-Bakı marşurutu ilə sərnişin daşıyan "Ford” markalı mikroavtobusla toqquşub.
Nəticədə "VAZ 2107”-nin sürücüsü - 1997-ci il təvəllüdlü şəhər sakini Əliyev Aydın Namiq oğlu xəsarət alıb. Yaralı hadisə yerinə gəlmiş təcili yardım maşını ilə şəhər xəstəxanasına aparılıb.
Baş vermiş hadisə ilə bağlı Mingəçevir şəhər Polis şöbəsində araşdırma aparılır.
banner

Oxşar Xəbərlər