• cümə, 29 Mart, 03:12
  • Baku Bakı 7°C

MİDA: "Güzəştli mənzil"lər "kupça"lı satılacaq

16.11.17 18:05 2626
MİDA: "Güzəştli mənzil"lər "kupça"lı satılacaq
Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) tərəfindən vətəndaşlara "güzəştli məznil"lər mülkiyyət hüququ haqqında şəhadətnamə ("kupça") əsasında satılacaq.
"APA-Economics" xəbər verir ki, bunu MİDA-nın aparat rəhbəri Anar Quliyev bildirib.

"Təəssüf olsun ki, hal-hazırda mənzil bazarında mənzillər müqavilə əsasında satılır, lakin sonradan vətəndaşlar mənzil aldıqlarını düşündüyü halda məlum olur ki, bu mənzil başqa bir şəxsə də satılıb. Biz isə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə mənzillərin siyahısını təqdim etmişik. Artıq 584 mənzilin şəhadətnaməsi alınıb. Vətəndaşlarımız hətta həmin sənədlər əsasında mənzillərini girov qoyub kredit ala biləcəklər", - deyə o vurğulayıb.
banner

Oxşar Xəbərlər