• çərşənbə, 24 Aprel, 11:53
  • Baku Bakı 13°C

MHA: Kitab satışı və audio-video məhsul bazarında plagiat azalıb

23.01.17 15:20 870
MHA: Kitab satışı və audio-video məhsul bazarında plagiat azalıb
"Qlobal innovasiya indeksi” üzrə məruzədə Azərbaycanla bağlı təhriflərə yol verilib
"Hesabat dövründə ÜƏMT-nin (Ümumdünya Əqli Mülkiyyət Təşkilatı), Kornell Universitetinin (ABŞ) konsorsiumu və INSEAD biznes məktəbinin (Fransa) araşdırmaları əsasında hazırlanmış "Qlobal innovasiya indeksi” (Qİİ, Global Innovation Index) üzrə məruzə Agentlikdə təhlil edilib, elmi dəlillər əsasında Azərbaycana münasibətdə yol verilmiş təhriflər göstərilib və bununla bağlı Müəllif Hüquqları Agentliyinin (MHA) etirazını əks etdirən əsaslandırılmış arayış Xarici İşlər Nazirliyinə göndərilib”.APA-nın xəbərinə görə, bu MHA-nın 2016-cı ilin yekunlarına həsr olunmuş hesabatında öz əksini tapıb.
Hesabatda qeyd olunub ki, kreativ sənaye sahələrinin istehsal həcmi 2003-cü ildə olan 220,5 mln. manatdan 2016-cı ilin 1 yanvarına olan vəziyyətə görə 2815,6 mln. manat səviyyəsinə çatıb: "Bu da ölkənin ÜDM-ində kreativ sənayenin payının 5,1% olması deməkdir. Göstərilən illər ərzində müəlliflik hüququnun əsas istehsal sahələrinin ümumi həcmi 153,3 mln. manatdan 1595,6 mln. manata qədər, yəni 10,4 dəfə artıb. 2003-2015-ci illər ərzində ölkənin ÜDM-də müəlliflik hüququna əsaslanan sənayenin xüsusi çəkisi 3.1%-dən 5.1%-ə yüksəlib ki, bu da 60%-dən çox artım deməkdir”.
Hesabatda o da bildirilib ki, görülən tədbirlər nəticəsində 2005-ci illə müqayisədə kitab satışı sahəsində plagiat 61%-dən 29%-ə, audio-video məhsul bazarında 90%-dən 65%-ə, proqram təminatında isə 96%-dən 84%-ə düşüb.
banner

Oxşar Xəbərlər