• şənbə, 20 Aprel, 06:34
  • Baku Bakı 14°C

Məzahir Pənahov: "Heç kimin referenduma qeyri-ciddi və ya laqeyd yanaşmağa mənəvi haqqı yoxdur”

20.08.16 14:27 1405
Məzahir Pənahov: "Heç kimin referenduma qeyri-ciddi və ya laqeyd yanaşmağa mənəvi haqqı yoxdur”
"Azərbaycanda keçiriləcək referendumun yüksək səviyyədə təşkili üçün bütün şərait yaradılıb".APA-nın məlumatlna görə, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov deyib. O bildirib ki, ölkədə bundan əvvəlki seçkilər də yüksək səviyyədə baş tutub.
M. Pənahov referenduma ciddi yanaşılmağın vacibliyini qeyd edib: "Burada seçki komissyalarının rəhbərlərinin və üzvlərinin üzərinə böyük məsuliyyət düşür. Heç kimin referenduma qeyri-ciddi və ya laqeyid yanaşmağa mənəvi haqqı yoxdur. Referenduma hazırlıq yüksək səviyyədə aparılır. Buna görə həm seçki komissiyalarının üzvlərinə seminarlar keçirilir, həm də yerlərdə maarifləndirmə işləri həyata keçirilir".

banner

Oxşar Xəbərlər