• şənbə, 20 Aprel, 12:25
  • Baku Bakı 23°C

Meydana girdi, onunla selfi çəkdirdi

15.11.17 11:25 1113
Meydana girdi, onunla selfi çəkdirdi
Sankt-Peterburqda Rusiya ilə İspaniya arasında keçirilən yoxlama görüşündə insident yaşanıb.
Kaspi.az xəbər verir ki, qarşılaşmanın son dəqiqələrində azarkeş meydana daxil olub. Həmin vaxt futbolçulardan birinin zədələnməsinə görə, oyunda fasilə yaranıb.
Bundan istifadə edən azarkeş meydana daxil olaraq İspaniyanın müdafiəçisi Xerard Pikenin yanına qaçıb. O, müdafiəçi ilə selfi çəkdirməyə də imkan tapıb.
Rusiya - İspaniya qarşılaşması 3:3 hesabı ilə başa çatıb.
banner

Oxşar Xəbərlər