• cümə, 29 Mart, 10:55
  • Baku Bakı 5°C

Ali Media Mükafatları təqdim edilib

22.07.16 18:20 1264
Ali Media Mükafatları təqdim edilib
Bu gün Mətbuat Şurasının (MŞ) Ali Media Mükafatının laureatlarının təntənəli mükafatlandırılma mərasimi keçirilib.

APA-nın xəbərinə görə, ilk olaraq Ali Media Mükafatının 3-cü dərəcəsi üzrə - media sahəsindəki uzunmüddətli səmərəli fəaliyyətlərinə görə təltif olunan "525-ci qəzet”in baş redaktor müavini Seyfəddin Hüseynli, "Yeni Müsavat” qəzetinin baş redaktor müavini Azər Ayxan, jurnalist-publisist Aida Eyvazova, "Gəncənin səsi” qəzetinin baş redaktoru Rəfiqə Sadıqova və jurnalist-publisist Rəşid Hüseynov mükafatlandırılıblar.

Azərbaycan həqiqətlərinin təbliğindəki xidmətlərinə görə təltif olunan Beynəlxalq Avrasiya Mətbuat Fondunun rəhbəri Umud Rəhimoğlu və media sahəsindəki uzunmüddətli səmərəli fəaliyyətinə görə təltif olunan Bakı Media Mərkəzinin redaktoru Müsəllim Həsənova Ali Media Mükafatının 2-ci dərəcəsi üzrə mükafatlar təqdim edilib.

Sonda Azərbaycan milli mətbuatının banisi Həsən bəy Zərdabinin yaradıcılığından bəhs edən "İşığa gedən yol” romanına görə Ali Media Mükafatının 1-ci dərəcəsi üzrə laureatı və qalibi, yazıçı-publisist, filologiya üzrə fəlsəfə doktoru Sona Vəliyevaya mükafat təqdim edilib.

Tədbirdə eyni zamanda, Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) 22 iyul - Milli mətbuatın yaranmasının 141 illiyi ilə əlaqədar keçirdiyi fərdi jurnalist yazıları müsabiqəsinin qalibləri də mükafatlandırılıb.

Tədbirdə çıxış edən KİVDF-nin icraçı direktoru Vüqar Səfərli bildirib ki, Azərbaycan milli mətbuatı 141 il ərzində şərəfli bir yol keçib. O qeyd edib ki, son illər Azərbaycanda mətbuata xüsusi dövlət qayğısı var. V. Səfərlinin sözlərinə görə, müsabiqədə 19 istiqamət üzrə KİVDF-yə 70 KİV-dən 167 yazı daxil olub, nəticədə 114 nəfər qalib elan olunub.

Tədbirdə çıxış edən Mətbuat Şurasının (MŞ) sədri, millət vəkili Əflatun Amaşov bildirib ki, "Əkinçi” qəzeti Azərbaycan mətbuatının inkişafında, Azərbaycan xalqının dirçəlişində mühüm rol oynayıb.

Tədbir bədii hissə ilə davam etdirilib.
banner

Oxşar Xəbərlər