AZE | RUS | ENG |


Mətbuat Şurası prezidentə təşəkkür etdi

Mətbuat Şurası prezidentə təşəkkür etdi
Azərbaycan Mətbuat Şurası "Turan" İnformasiya Agentliyinin direktoru Mehman Əliyevin həbsdən azad edilməsi ilə bağlı Prezident İlham Əliyevə təşəkkür məktubu ünvanlayıb. Şuradan Lent.az-a daxil olan məlumata görə, məktubda bunlar bildirilir:
 
"Söz və ifadə azadlığının dərinləşməsinə xüsusi önəm verməyiniz Azərbaycanın media ictimaiyyəti tərəfindən hər zaman dərin rəğbət hissi ilə qarşılanmaqdadır. Jurnalistlərimiz tam qətiyyətlə Sizi demokratik prinsip və dəyərlərin təminatçısı və qoruyucusu kimi görürlər. Onlar "Turan" İnformasiya Agentliyinin direktoru Mehman Əliyevin həbsdən azad edilməsinin timsalında bunun bir daha şahidi oldular. Belə yanaşmanıza, o cümlədən Mətbuat Şurasının Mehman Əliyev ilə bağlı müraciətinə həssas münasibətinizə görə Sizə dərin təşəkkürümüzü bildiririk.
 
Ölkəmizdə media sahəsində əldə olunmuş dinamik inkişaf jurnalistlərin tam sərbəst şəkildə fəaliyyət göstərmələrinə imkan verir. Sizin iradənizin nəticəsidir ki, diffamasiya ilə bağlı moratorium qeydə alınıb. Bu mövqeyiniz jurnalistlərin peşə fəaliyyətlərinə görə həbs təhlükəsi ilə üzləşməyəcəklərinə dair ali təminatdır. Belə bir mühitin formalaşması isə şübhəsiz, media təmsilçilərinin yaradıcılıqlarına müsbət təsir göstərir. Hazırda Azərbaycan jurnalistikası dünyanın nəinki ölkəmizlə, bütövlükdə Qafqaz regionu ilə bağlı başlıca informasiya mənbəyidir.
 
Siz çıxışlarınızda kütləvi informasiya vasitələrinin cəmiyyətdəki missiyasını, dövlət idarəçiliyində effektivliyin və səmərəliliyin artırılmasındakı  rolunu yüksək qiymətləndirmiş, mövcud istiqamətdə prinsipial baxışınızı ifadə etmisiniz. Söz və ifadə azadlığının demokratiyanın ali dəyəri, vətəndaş cəmiyyəti quruculuğunun mühüm şərti olduğunu bildirmiş, tam sübuta yetirmisiniz ki, Azərbaycanda bu ideyanın təcrübədə tətbiqi imkanları xeyli genişdir. Bu baxımdan kütləvi informasiya vasitələrimizin hüquqi bazasının möhkəmləndirilməsi və təkmilləşdirilməsindən tutmuş jurnalistlərin sosial-məişət şəraitlərinin yaxşılaşdırılmasınadək həyata keçirdiyiniz tədbirlərin hər biri vurğulamaq mümkündür. Mövcud dəst-xəttiniz yalnız jurnalistikaya dəyər deyil, həmçinin Vətənə sədaqət, vətəndaşa qayğı ruhundan qaynaqlanan humanizm nümunəsidir. Mehman Əliyevlə bağlı məsələyə həssas münasibətiniz də dövlət idarəçiliyindəki humanizm prinsipinin növbəti təzahürüdür.
 
Möhtərəm cənab Prezident, Sizə bir daha "Turan" İnformasiya Agentliyinin direktoru Mehman Əliyevin həbsdən azad olunmasına həssas yanaşdığınıza görə ölkəmizin media ictimaiyyəti adından dərin təşəkkürümüzü bildirir, Azərbaycanın daha da inkişafına yönələn yorulmaz fəaliyyətinizdə yeni-yeni müvəffəqiyyətlər arzulayırıq".





Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
IRR 100 İran rialı 0.0046
GEL 1 Gürcü larisi 0.6825
GBP 1 İngilis funt sterlinqi 2.3031
TRY 1 Türk lirəsi 0.4858
KWD 1 Küveyt dinarı 5.6421
SEK 1 İsveç kronu 0.2129
EUR 1 Avro 2.0296
CHF 1 İsveçrə frankı 1.7526
USD 1 ABŞ dolları 1.7008