Mətbuat konfransına gəlmədi
"Napoli”nin baş
məşqçisi Karlo Ançelotti Çempionalr Liqasında "Zalsburq”la keçirilən oyundan
(1:1) sonra mətbuat konfransına gəlməyib.
Kaspi.az xəbər
verir ki, Ançelotti oyundan dərhal sonra stadionu tərk edib. Onunla bərabər
komanda üzvləri də eyni addımı atıblar.
Məlumata görə,
Ançelotti ilə "Napoli”nin prezidenti Aurelio de Laurentsin münasibətləri gərgindir.
Mütəxəssisin, məhz klub prezidentinə etiraz etdiyi üçün mətbuat konfransına gəlmədiyi
bildirilir.
Laurentisin son
vaxtlar Ançelottinin işlərinə müdaxilə etdiyi deyilir. "Napoli” artıq 4 oyundur
ki, qalib gələ bilmir.