AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

Mətbuat katibi: “Paşinyanı “İsgəndər”lər barədə səhv məlumatlandırıblar”

Mətbuat katibi: “Paşinyanı “İsgəndər”lər barədə səhv məlumatlandırıblar”

Təfsilat
01 Mart 2021, 14:21 254
Ermənistanın Baş naziri Nikol Paşinyan Rusiyanın "İsgəndər” operativ-taktiki raketlərinin effektivliyi ilə bağlı yanlış məlumatlandırılıb.
 
APA-nın "Sputnik Armenia”ya istinadən verdiyi xəbərə görə, bu barədə Ermənistan Baş nazirinin mətbuat katibi Mane Gevorqyan bildirib.
Onun sözlərinə görə, N. Paşinyanın açıqlamasına səhv məlumatlar səbəb olub və o, bu barədə Rusiya Prezidenti Vladimir Putinlə telefon danışığı zamanı da bildirib.

"Ermənistan Baş Naziri ilə Rusiya Prezidenti arasında baş tutan telefon danışığı zamanı, digər məsələlərlə yanaşı, Baş nazirin "İsgəndər” raket sistemlərinin Ermənistan tərəfindən istifadəsinə dair açıqlaması müzakirə olunub. Ermənistan Baş naziri faktları və məlumatları müqayisə edərək bu qənaətə gəlib ki, o, vəziyyətlə bağlı səhv məlumatlandırılıb. Bundan əlavə, Baş nazirin açıqlamasının hərbi və hərbi-sənaye əməkdaşlığı sahəsində Ermənistanla Rusiya arasında müttəfiqlik münasibətlərinə aidiyyəti yoxdur. Şübhə yoxdur ki, Rusiya silahları dünyanın ən yaxşı silahlarından biridir. Ermənistan Respublikası Rusiya Federasiyası ilə hərbi sənaye və yüksək texnologiyalar sahəsində sıx əməkdaşlığı davam etdirir və onu daha da dərinləşdirmək üçün addımlar atmaq niyyətindədir”, - deyə M. Gevorqyan qeyd edib.

Xatırladaq ki, fevralın 23-də "1in.am"a verdiyi müsahibədə N. Paşinyan Ermənistana təhvil verilən "İsgəndər” raket sisteminin keyfiyyətinə şübhə etdiyini bildirib.