• şənbə, 20 Aprel, 11:57
  • Baku Bakı 14°C

Mətbuat katibi Nursultan Nazarbayevin Azərbaycana səfəri ilə bağlı açıqlama verib

12.10.16 12:19 981
Mətbuat katibi Nursultan Nazarbayevin Azərbaycana səfəri ilə bağlı açıqlama verib
Bu həftənin sonuna kimi Qazaxıstan prezidentinin beynəlxalq tədbirlərdə iştirakı planlaşdırılmır.

APA-nın "Zakon.kz” saytına istinadən verdiyi məlumata görə, bu barədə Qazaxıstan prezidentinin mətbuat katibi Aydos Ukibay bildirib .

O deyib ki, prezidentin səhhəti ilə əlaqədar onun iş qrafikində müəyyən dəyişikliklər edilib: "KTMT-nin oktyabrın 14-də İrəvanda keçiriləcək iclasında isə Qazaxıstanı baş nazir təmsil edəcək".

Mətbuat katibi prezidentin səhhəti ilə bağlı bildirib ki, soyuqdəymə ilə bağlı planlı müalicə aparılır, lakin onun səhhətində narahatlıq doğuracaq ciddi heç nə yoxdur.

Qeyd edək ki, N. Nazarbayevin oktyabrın 12-də Azərbaycana səfəri nəzərdə tutulurdu.
banner

Oxşar Xəbərlər