• cümə axşamı, 28 mart, 14:08
  • Baku Bakı 16°C

Məşğulluq Agentliyi: 700-ə qədər qazi işlə təmin olunub

23.04.21 12:41 284
Məşğulluq Agentliyi: 700-ə qədər qazi işlə təmin olunub
"Bu günə qədər təxminən 700-ə qədər qazi işlə təmin olunub”.
APA-nın məlumatına görə, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin "Facebook” səhifəsində "Sosial Saat" verilişində Dövlət Məşğulluq Agentliyinin İdarə Heyəti sədrinin müavini Cəmaləddin Quliyev bildirib. Onun sözlərinə görə, həmin rəqəm gündəlik artır: "Qazilərin həm işlə təmin olunması, həm də özünüməşğulluq proqramlarına cəlb olunması prosesi gedir. Qazilərin, şəhid ailələrinin və müharibə iştirakçılarının bu və ya digər aktiv məşğulluq tədbirlərinə cəlb olunması həyata keçirilir”.

banner

Oxşar Xəbərlər