• çərşənbə axşamı, 19 mart, 10:54
  • Baku Bakı 8°C

Məsuliyyətli davranmaq, karantin qaydalarına ciddi riayət etmək gərəkdir

03.07.20 14:15 1050
Məsuliyyətli davranmaq, karantin qaydalarına ciddi riayət etmək gərəkdir
Karantin rejiminə ciddi əməl olunmaması fəsadlara səbəb ola bilər. Hazırkı vəziyyət narahatlıq yaradır. Çünki insanlar bəzən qaydaları pozur, karantin rejiminə əməl etmir və bu da çox ciddi narahatlıq yaradır. İnfeksiyanın yayıldığı ilk günlərdən ölkəmizdə də bu virusla mübarizənin yüksək səviyyədə təşkili üçün lazımi qərarlar qəbul olunub, infeksiyanın yayılmasının qarşısının alınması istiqamətində çox böyük işlər görülüb.
Hamı və hər kəs bu işdə nümunə göstərməlidir. Necə ki, Böyük Vətən müharibəsi illərində "Hamı bir nəfər üçün, bir nəfər hamı üçün!” şüarının tələblərinə uyğun yaşayırdılar, biz də bu gün Prezident İlham Əliyevin irəli sürdüyü "Biz birlikdə güclüyük” deyib milli birlik, vətəndaş həmrəyliyi və sosial məsuliyyət hissi nümayiş etdirməliyik. Bu da müharibədir, lakin həmin müharibədən fərqli olaraq onu gözlə görmək olmur. Yediyin yeməklə, udduğun hava ilə, toxunduğun əşya ilə bədəninə daxil ola bilən kiçik virus mikrobları gen və işıqlı dünyanı başına dar edə bilər. Bununla üzləşməmək üçün mümkün olan yolu çox asan və sadə yolu həkimlər göstəriblər: sosial məsafə, maska taxmaq və gigiyena qaydalarına riayət etmək!”
Bu sözləriAZƏRTAC-a müsahibəsində Beynəlxalq Muğam Mərkəzinin direktoru, Xalq artisti Murad Hüseynov deyib.
Bu sahədə hər kəsin vətəndaş məsuliyyətinin xüsusi əhəmiyyət daşıdığını söyləyən Xalq artisti Prezidentimiz İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın xalqa müraciətini xatırladıb: "Biz bu müraciətlərə dəstək olmalı və gələcəyimiz naminə həmrəylik nümayiş etdirməliyik. Sosial izolyasiya aksiyasında məsuliyyətlimizi hiss edək. Bütün dünyanın mübarizə apardığı koronavirusdan qorunmaqda, onun yayılmasının qarşısını almaqda təsirli vasitələrdən biri olan maskadan istifadə bu gün çox vacibdir. İndi hər kəs qaydalara riayət etməli, öz sağlamlığını nəzarətdə saxlamalı, gigiyena qaydalarına əməl edərək qoruyucu maskadan istifadə etməlidir. Bəllidir ki, virus hava-damcı yolu ilə yayılır və biz bunu görmürük. Bu səbəbdən də özümüzü və ətrafımızdakıları ikiqat qorumalıyıq. İndi bu xəstəlikdən qorunmaq üçün hər şey öz əlimizdədir. Hər kəs özünü qorumaqla ətrafdakıları qorumalıdır. Əfsus ki, hələ də cəmiyyətdə yaxın və qohumları yoluxmayana qədər virusa inanmayanlar var. Xəstəlik gələndə artıq çox gec olur. Ölkəmizin daha ağır fəsadlarla üzləşməməsi üçün qaydalara əməl etməli, tibbi maskalardan istifadə olunmalı, sosial məsafə saxlanılmalıdır. Bu bir reallıqdır ki, ki, karantin rejiminin tələblərinin pozulması, məsuliyyətsiz yanaşma daha ciddi təhlükəyə səbəb olur. Vətəndaşlarımız bilməlidir ki, virusa qalib gəlməyin yeganə yolu məsuliyyətli davranmaq, karantin qaydalarına riayət etməkdir. Cəmiyyət olaraq sona qədər həmrəylik nümayiş etdirəcəyimiz halda bu mürəkkəb vəziyyətdən çıxa biləcəyik. Biz nə qədər pozuntulara qarşı barışmaz olsaq, ətrafımızdakı insanların biganəliyinə qarşı mübarizlik nümayiş etdirsək, bir o qədər tez və müsbət nəticə əldə edə bilərik. Çalışaq ki, bu çətin məqamda özümüzlə harmoniyanı tarazlaşdıra bilək , yeni maraqlar və fəaliyyətə köklənək”.
banner

Oxşar Xəbərlər