• şənbə, 20 Aprel, 09:03
  • Baku Bakı 14°C

Messinin ailəsi Milada hazırdır

25.12.19 12:23 609
Messinin ailəsi Milada hazırdır
İspaniya çempionatında fasilə yarandığından futbolçular istirahətə yollanıblar.
Kaspi.az xəbər verir ki, "Barselona”nın futbolçusu Lionel Messi artıq vətənindədir. O, doğma şəhəri Rosarioya gedib.
Messinin ailəsi Milad hazırlıqlarına başlayıb. Artıq evdə yolka bəzədilib. Ailə üzvləri isə yolka ətrafında şəkil çəkdiriblər. Messinin həyat yoldaşı Antonelli şəkli "instaqram”da paylaşaraq belə yazıb:
"Sizə sevgi və nur dolu Milad arzulayırıq. Bayramınız mübarək!”
Messi tətildən yanvarın 2-də qayıdacaq. "Barselona” yanvarın 5-də "Espanyol”la qarşılaşacaq.
banner

Oxşar Xəbərlər